Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis əməkdaşı ağır qəza törətdi: ölən var

21 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi hissələrindən birində qeydə alınıb. Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidmətinin əməkdaşı, rayonun Potu kənd sakini, 1992-ci il təvəllüdlü Hüseyn Cavid oğlu Məmmədov xidməti avtomobillə hərəkətdə olarkən şəhər 3 saylı tam orta məktəbin qarşısında yolu keçən velosipedçi, 1992-ci il təvəllüdlü Fərid Bayram oğlu Qurbanovu vurub. Yaralı aldığı ağır xəsarətlərdə elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI