First slide

İtalyan senatordan Ermənistana sərt etiraz: Artıq Yetər!

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İtaliya Senatının "İrəli İtaliya” partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən və Azərbaycanı dəstəkləyən açıqlamalar verib.

Press.az-ın məlumatına görə, İtalyan senatorun açıqlamaları İtaliyanın "AgenParl”, "Agenzia Nova”, "LaPresse”, "Askanews”, "Dire”, "9Colonne” kimi xəbər agentlikləri tərəfindən yayılıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində son günlər ərzində Ermənistan tərəfinin növbəti təxribatlarını dəf edərkən 7 nəfər Azərbaycan hərbçisinin həlak olduğunu, daha 10 nəfərin isə yaralandığını bildirən italyan senator bildirib ki, "artıq yetər demək vaxtıdır, Avropa İttifaqı müdaxilə etməli, irəliyə doğru addım atmalı və hələ də müharibə etmək istəyənləri qətiyyətlə pisləməlidir”.

"Sanki keçən il noyabrın 10-da müharibə başa çatdıqdan sonra bu günə qədər mina partlayışının qurbanı olan 160-dan çox mülki azərbaycanlı azmış kimi Ermənistan tərəfi öz təxribatlarına davam edir” və "bu dramatik vəziyyət Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla müəyyən edilmiş normaları qəbul etmək istəməməkdə israr etməsi ucbatından daha da pisləşir”, - deyə senator fikirlərinə davam edir.

"Bütün regionda sülh, sabitlik və əməkdaşlığı təmin etmək üçün Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşması və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün bu iki ölkə arasında danışıqlar prosesinin mümkün qədər tez başlaması vacibdir”, - deyə italyan senator fikirlərini tamamlayıb.

Açıqlama ilə daha geniş formada aşağıdakı keçidlərdə tanış olmaq mümkündür:

https://agenparl.eu/azerbaigian-papatheu-fi-continuano-le-provocazioni-armene-ue-intervenga/

https://www.agenzianova.com/a/61968bd1050ed4.99123381/3685849/2021-11-18/azerbaigian-papatheu-fi-continuano-le-provocazioni-armene-ue-intervenga

Oxşar xəbərlər
OTACI
OTACI