Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Mən onları bura dəvət etməmişəm” - Lukaşenko

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belarus Prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin miqrantların Polşaya keçməsinə kömək edə biləcəyini deyib.

Press.az xəbər verir ki, Lukaşenko bu barədə BBC-yə müsahibəsində deyib.

"Məncə, bu, mütləq mümkündür. Biz slavyanlarıq. Ürəyimiz var. Bizim təhlükəsizlik qüvvələrimiz miqrantların Almaniyaya getdiyini bilir. Ola bilsin, kimsə onlara kömək edib", - Lukaşenko qeyd edib.

Lakin o, minlərlə mühaciri dəvət edərək sərhəd böhranına səbəb olması ilə bağlı iddiaları rədd edib:

"Əgər miqrantlar gəlməyə davam etsələr, mən onları bir daha dayandırmayacağam, çünki onlar mənim ölkəmə gəlmirlər, sizin ölkələrinizə gedirlər. Amma mən onları bura dəvət etməmişəm. Açığı onların Belarusdan keçmələrini istəmirəm".

Oxşar xəbərlər
OTACI