Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bir gün də olsun dayana bilmərik" - Murad Musayev

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bizim üçün vacib qələbə idi. "Neftçi" güclü rəqibdir, son çempiondur. İlk hissədə oyunumuz alınmadı. Qərar verməkdə gecikir, çoxlu səhvə yol verirdik. Amma yenə sonadək vuruşduq. İkinci hissədə səhvlərimizi düzəldə bildik və pressinqi yaxşılaşdırmaqla 2 sürətli əks-hücum nəticəsində qollarımızı vurduq. Futbolçuların mübarizəsindən razıyam. Qarşıda böyük işlər var. Bir gün də olsun dayana bilmərik".

Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 11-ci tur matçından sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, flaqman gözlədiyi kimi oynayıb: "Cinahlardan çoxlu hücumlar etdilər. Prinsipcə, nə gözləyirdiksə, onu da gördük. Bunun "Neftçi" üzərində ilk qələbəmiz olduğunu matçdan sonra bildim. Buna görə sevincliyəm. Amma artıq bu görüşü unudub səylə işləməliyik".

Rusiyalı baş məşqçi keçmiş futbolçusu Məhəmməd Şapi-Suleymanovu "Sabah"a gətirəcəyi ilə bağlı iddialara da cavab verib: "O, hazırda Türkiyədə icarədədir. Sabit oynayır və öz vəziyyətindən razıdır. Yayılan məlumatlar şayiədir".

Musayevin sözlərinə görə, qış fasiləsində çox transfer lazım olmayacaq: "Yüksək keyfiyyətli futbolçularımız var. Amma bəzi mövqelərin gücləndirilməsi üçün danışıqlar gedir. Daha çox öz oyunçularımıza güvənəcəyik.

Məndən öncə klubda çalışan baş məşqçilərə hörmətlə yanaşıram. Heç vaxt demərəm ki, kimsə pisdir. Sadəcə, mənim öz oyun üslubum var. Bəzi şeyləri dəyişməliyəm ki, mənim fəlsəfəmə uyğun oynasınlar. Buraya yeni gəlmişəm. Vəd verməyi xoşlamıram. Hücum futbolu göstərməyə çalışacaq və bu istiqamətdə işləyəcəyik".

(Report)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI