Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şahbazov yunan səfirlə Cənub Qaz Dəhlizini müzakirə etdi

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkosu qəbul edib.

Energetika Nazirliyindən Press.az-a verilən məlumata görə, görüşdə qlobal enerji layihəsi olan Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa diqqət çəkən nazir, Yunanıstanla Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə "Şahdəniz-2” qazının alıcısı kimi əməkdaşlığın uğurla davam etdiyini qeyd edib.

P. Şahbazov Yunanıstanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında təmsil olunması yüksək qiymətləndirilib.

Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə Komissiya”nın növbəti iclasının keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
OTACI