Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şamaxıda yenə zəlzələ oldu

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şamaxı rayonunda gün ərzində növbəti zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Press.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:48-də Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 4.5-ə bərabər olub. Zəlzələ episentrdə 4 bala qədər hiss edilib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 16:46-da Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda - Şamaxı rayonu ərazisində yeraltı təkanlar qeydə alınıb. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5.1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Oxşar xəbərlər
OTACI