Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda daha 118 nəfər koronavirusdan ölüb

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda ötən sutka ərzində 118 nəfər koronavirusdan (COVID-19) ölüb, 3 539 nəfər yoluxub.

Press.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 128 852 nəfərə, yoluxanların sayı isə 6 073 098 nəfərə çatıb. Virus daşıyıcılarından 3 416 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 5 771 363 nəfər koronavirusdan sağalıb, 37,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 101 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 56,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 724 min təşkil edir.

Oxşar xəbərlər
OTACI