Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda 5 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda hiss olunan yeraltı təkanlarla bağlı rəsmi açıqlama verilib. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Press.az-a açıqlamasında bildirib ki, respublika ərazisində 5,1 bal gücündə zəlzələ olub:

“Şamaxı ərazisində yerli vaxtla 16:46-da maqnitudası 5,1 bal gücündə zəlzələ olub. Müxtəlif dərəcədə dərin olduğuna görə bir çox rayonlarda hiss olunub. Bəzilərində 3, bəzilərində 4 bal gücündə hiss edilib. Ehtimal edilir ki, episentrə yaxın köhnə tikililərdə çatlar əmələ gəlsin. Amma normal tikililərdə çat və ya başqa problemin yaşanması gözlənilmir”.

17:08

Respublika ərazisində zəlzələ olub. 

Press.az xəbər verir ki, yeraltı təkanlar Bakı, Sumqayıt, Quba, Xaçmaz, Şamaxı, Ağsu, İsmayıllı, Şirvan, Beyləqan, Sabirabad, İmişli, Ucar, Göyçay, Hacıqabul, Mingəçevir və digər ərazilərdə hiss edilib.

Sosial şəbəkə istifadəçiləri zəlzələnin hiss edildiyini yazırlar.

Yeraltı təkanların təxminən 16:45 radələrində olduğu paylaşılır.

Oxşar xəbərlər
OTACI