Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vətən Müharibəsi Qəhramanı İbrahimli Adilin xatirə abidəsinin və bulağın açılış mərasimi keçirilib (FOTO)

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

20 noyabr 2021-ci il tarixdə Qala qəsəbəsində Vətən Müharibəsi Qəhramanı, XTQ-nin baş leytenantı İbrahimli Adil Asəm oğlunun xatirə abidəsinin və onun şərəfinə tikilmiş bulağın açılış mərasimi olub.

Press.az xəbər verir ki, mərasimdə Xəzər RİH başçısı və aparatın əmakdaşları, Millət Vəkili, Qala qəsəbə və bələdiyyə nümayəndələri, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Rayon ictimai təşkilatların sədrləri, hərbiçilər, şəhidin ailə üzvləri iştirak edib.

Tədbir açıq elan edildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbacan Dövlər himni səsləndirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, şəhidin ailə üzvü Sübut Əsədov, Xəzər Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Həzərxan Əbilov, şəhidin döyüş yoldaşı xüsusi təyinatlı Əhmədzadə Simral, şəhidin qohumu polkovnik Elman İbrahimov, hərbi təyyarəçi məzahir Səfərov, Respublika “Qayğı” cəmiyyətinin sədri Müşfiq Əliyev, şəhidin abidəsinin ərsəyə gəlməsində köməklik göstərmiş “Missiya” Media qrupunun nümayəndəsi Nicat Dağlar çıxış ediblər.

Daha sonra şəhidlərimizin əziz xatirəsinin daim qəlblərimizdə yaşayacağını bildirilmiş, Azərbaycan Respublikasının 44 gün davam etmiş Vətən Müharibəsində qələbə qazanmasının əsas amili kimi Ali Baş Komandanımızın ətrafında ordumuzun və xalqımızın sıx birliyinin olmasını ən vacib şərt olduğunu bildiriblər.

Qüdrətli ordumuzun əsgərlərinin qəhrəmanlığı və igidliyi nəticəsində Azərbaycan dövləti əbədi qələbə qazanmış, işğal olunmuş torpaqlarımız azad edilmişd.

Şəhid Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Adilin adının əbədiləşdirilməsi məqsədilə Xəzər RİH-nin vəsatəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun ailəsinin Qala qəsəbəsindəki yaşadığı küçəyə onun adı verilmiş, göstərici lövhələr vurulmuşdur. Nazirlər Kabinetinin qərarı ilə onun oxuduğu Sumqayıt şəhərindəki 14 saylı tam orta məktəbə onun adı verilmişdir.

Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı İbrahimli Adilin xatirə abidəsinin və bulağın açılış mərasimi olmuş və hərbi orkestr tərəfindən Zəfər marşı ifa olunub

Açılış mərasimindən sonra Şəhidin əziz ruhuna dualar oxunub.

Vətən Müharibəsi Qəhramanı İbrahimli Adilin xatirə abidəsinin və bulağın açılış mərasimi keçirilib (FOTO) - Gallery Image

Oxşar xəbərlər
OTACI