Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çexiyada COVID-19-a yoluxanların sayında rekord qeydə alınıb

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çexiyada cümə günü 22 936 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Bu, pandemiya dövründə 10 milyonluq ölkədə qeydə alınan maksimum gündəlik göstəricidir.

Press.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yoluxma sayındakı gündəlik artım təxminən 10 min nəfər təşkil edib. Belə ki, cümə axşamı respublikada 13 374 yeni yoluxma halı qeydə alınmışdı.

Bununla da Çexiyada pandemiya zamanı koronavirusa yoluxanların ümumi sayı 1 980 849 nəfərə çatıb. Bunlardan 1 751 539 nəfər müalicə olunaraq sağalıb, 32 005 nəfər ölkə sakini COVID-19 qurbanı olub. Hazırda respublikada 200 minə yaxın COVID-19 xəstəsi var. Onlardan 4 890 nəfər xəstəxanaya yerləşdirilib, 724 nəfərin vəziyyətini həkimlər ağır kimi səciyyələndirirlər.

Oxşar xəbərlər
OTACI