Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabulda YAP-ın 29-cu ildönümü-FOTO

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü  ilə əlaqədar Hacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatı tədbirlər planına uyğun ardıcıl tədbirlər həyata keçirilib.

Press.az xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub. 

Tədbirdə YAP Hacıqabul rayon təşkilatının rəhbərliyi, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının müavinləri, rayonda yerləşən idarə-müəsisə rəhbərləri və YAP fəalları iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hacıqabul rayonundakı abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Tədbir  iştirakçıları rayon Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül dəstələri qoyublar.

Daha sonra Hacıqabul-Şirvan avtomobil yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.

Oxşar xəbərlər
OTACI