Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir koronavirusa görə distant təhsilə keçən məktəblərin sayını açıqlayıb

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onların tədris apardığı siniflər təhlil olunur. Müəllimlərin daha çox sinfə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".

Press.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə əsasən, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar: “Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-yə yaxın məktəbdə belə hal olub. Əsasən böyük şəhərlərdə olur. Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.

Oxşar xəbərlər
OTACI