Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaksinasiya olduğu üçün qapanmalara getmirik - Yaqut Qarayeva

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vaksinasiya başlayandan bəri bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın təsiridir.

Press.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, pandemiya başlayanda, vaksinasiya olmayanda epidemiyanın idarə edilməsi üçün bağlanmalara gedirdik, bundan başqa yol yox idi.

“ Ötən ilin iyun ayından yoluxma daha da artdı, avqustun sonuna qədər belə davam etdi. Müharibədən sonra yoluxma sayları artanda biz yenidən qapanmalara getdik. Vaksinasiya başlayandan bir neçə dəfə yoluxma halları ciddi şəkildə artıb. Amma karantin sərtləşdirilməsinə getməmişik. Bu da vaksinasiyanın təsiridir. Bundan gözəl vaksinasiyanın effektivliyini göstərən nəsə ola bilməz. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün tövsiyə olunduğu kimi buster doza vaksini vurdurmalıyıq”, –deyə o qeyd edib

Y.Qarayeva ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən Müharibəsində tibb personallarının xidmətlərini də qeyd edib.

“Azərbaycanda bu günə kimi pandemiya ilə mübarizəyə 43 551 tibbi personal, 574 könüllü, 380 xaricdən dəvət olunan mütəxəssis cəlb edilib. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibbi personal, 1300 könüllü, 100 xaricdən dəvət olunan mütəxxəsis xidmət göstərib”-, deyə o bildirib.

Oxşar xəbərlər
OTACI