Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Türkiyənin rabitə administrasiyaları arasında görüş keçirilib

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin paytaxtı Ankarada Azərbaycan və qonşu ölkənin rabitə administrasiyaları arasında rəqəmsal TV və radio yayımı stansiyaları, mobil rabitə şəbəkələri üzrə radiotezlik təyinatlarının razılaşdırılmasına dair ikitərəfli koordinasiya iclası keçirilib.

Press.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda ölkəmizi nazirliyin, qurum yanında Dövlət Radiotezliklər İdarəsinin, Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, eləcə də mobil rabitə operatorlarının nümayəndələri təmsil ediblər.

Hər iki ölkənin sərhədyanı ərazilərində rəqəmsal radio və televiziya yayımının tezlikləri və digər texniki parametrləri, koordinasiyanın prinsip və meyarları, mobil sistemlər üçün tezliklərdən istifadə və texniki parametrlər müzakirə olunaraq tərəflər arasında razılaşdırılıb.

Oxşar xəbərlər
OTACI