Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19 pasportu olmayan 166 nəfər toya buraxılmayıb

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 344 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 166 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxşar xəbərlər
OTACI