First slide

Azad edilən ərazilərə icazəsiz keçmək istəyən iki nəfər saxlanıldı-FOTO

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri ilə Binə kəndi ərazisindəki stasionar postda “VAZ” markalı avtomobil saxlanılıb. Yoxlamalar zamanı sürücü Ələsgər Mahmudov və sərnişini Şəmistan Süleymanovun müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilib, bu zaman yük yerindən avtomobil ehtiyat hissəsi və məişət əşyaları aşkar edilib.

Fatla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.

Oxşar xəbərlər
Category news

tr_star

05 Dec 2021

OTACI
OTACI