Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saakaşvili hərbi hospitala köçürüldü - VİDEO

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.

Press.az xəbər verir ki, onun yerləşdirildiyi palatanın pəncərələrində metal barmaqlıqlar quraşdırılıb, hospital yaxınlığında polis nəzarəti gücləndirilib.

Siyasətçi 50 gündür keçirdiyi aclıq aksiyasını dayandıracağını bildirib.

Gürcüstan ombudsmanı nəzdində yaradılmış həkim qrupunun rəyinə əsasən, uzunmüddətli aclıq nəticəsində M.Saakaşvilidə beyin zədələnməsi ilə xarakterizə olunan nevroloji pozuntu - Vernike ensefalopatiya yaranıb. Həkimlər bu gün onun təcili surətdə çoxprofilli hospitala yerləşdirilməsinə çağırıblar.

Qeyd edək ki, Qori hərbi hospitalı 2006-cı ildə M.Saakaşvilinin prezidentliyi dövründə yaradılıb. Çoxprofilli tibbi müəssisənin əsas pasiyentləri hərbçilər, keçmiş hərbi qulluqçular və onların ailə üzvləridir.

Oxşar xəbərlər
OTACI