Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binəqədi qəsəbəsində 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb-FOTO

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Binəqədi qəsəbəsində 11 evdən su sayğacı oğurlayan şəxs saxlanılıb

Press.az xəbər verir ki, Binəqədi rayonunda müxtəlif ünvanlarda “Azərsu” ASC tərəfindən quraşdırılan 11 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Teymur Allahverdiyev tutularaq istintaqa təqdim edilib. Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Teymur Allahverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına  məlumat verə bilərlər.

 



 

Oxşar xəbərlər
OTACI