First slide

Pandemiyanın adı dəyişdi: 99 faiz insanlar buna yoluxur

20 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada COVİD-19 infeksiyasına yoluxmaların 99 faizini virusun delta variantı təşkil edir.

Bakupost.az xəbər verir ki, Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “The National İnterest” jurnalı Dünya Səhiyyə Təşkilatının rəsmilərinə istinadla yazıb.

Jurnal delta variantının Avropada, xüsusilə qitənin vaksinasiya səviyyəsi daha aşağı olan şərq hissəsində ciddi fəsadlar törətməkdə olduğunu vurğulayıb.

Hazırda Yer üzündə koronavirusa yoluxmaların 60 faizi Avropa qitəsinin payına düşür.

Koronavirusun delta variantı ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb.

Bundan başqa virusun ilk dəfə Böyük Britaniyada aşkarlanan alfa, ilk dəfə Cənubi Afrikada rast gəlinən beta, ilk dəfə Peruda peyda olan lambda, ilk dəfə Kolumbiyada üzə çıxarılan mu adlı variantları və digər növləri də var.

“The National İnterest” yazır ki, Dünya Səhiyyə Təşkilatı hazırda mu və lambda variantlarını da diqqətlə izləyir. Amma bu variantların heç biri dünyaya delta qədər təhlükə yaratmır.

Təsadüfi deyil ki, bəziləri pandemiyanı indi “delta pandemiyası” da adlandırırlar.

Delta – virusun ilkin versiyasından və digər variantlarından daha sürətlə yayılmağa qabil bir variantdır.

Virus variantlarına alfa, beta, delta, lambda, mu kimi adları Dünya Səhiyyə Təşkilatı verib. Bunlar yunan əlifbasındakı hərflərin adlarından götürülüb.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası indiyədək 212 ölkə, ərazi və məkanda 5 milyon 147 mindən çox adamın ölümünə səbəb olub.

Oxşar xəbərlər
OTACI
OTACI