Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaksin hamı üçün məcburi oldu – 20 günlük komendant saatı, qapanma...

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstriyada artan koronavirusa yoluxma ilə əlaqədar ölkə daxilində 20 gün müddətinə komendant saatı tətbiq olunacaq.

Press.az xəbər verir ki, bu ölkədə 2022-ci ilin fevral ayından etibarən peyvənd hər kəs üçün məcburi olacaq.

Beləliklə, Avstriya komendant saatına qayıdan və kokronavirus peyvəndini məcburi edən ilk Avropa ölkəsi olacaq.

Qeyd edək ki, Vyana bu həftənin əvvəlində peyvənd olunmayanlara məhdudiyyətlər qoymuşdu, lakin səlahiyyətlilər indi bunun infeksiya nisbətini azaltmaq üçün kifayət etmədiyinə inanırlar və bazar ertəsindən etibarən bütün ölkəni ciddi karantin rejimi tətbiq etməyi planlaşdırırlar.

Növbəti həftədən Avstriyada restoranlar, barlar və bütün zəruri olmayan mağazalar bağlanacaq. Ənənəvi tədris dayandırılacaq və məktəblər distant təhsilə keçəcək.

Avstriyanın kansleri naziriAleksandrŞallenberq cümə günü keçirdiyi mətbuat konfransında komendant saatının maksimum 20 gün davam edəcəyini söyləyib.

///sfera.az

Oxşar xəbərlər
OTACI