Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan sərhədlərin demarkasiyasına başlayır - Köçəryan detalları açıqladı

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistan sərhədlərin demarkasiyası prosesinin başlanmasına razılıq verib. Demarkasiyanın hazırlanması prosesi isə  sıfır nöqtədən başlayacaq”.

Press.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Erməni deputat Ermənistanın bu prosesin başlanmasında iştiraka razılıq verdiyini açıqlasa da, Moskvadan alınan təkliflərlə bağlı təfərrüatları açıqlamayıb.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan digər deputat Eduard Ağacanyan isə bəyan edib ki, Ermənistan müvafiq komissiyanın formalaşdırılmasına və birbaşa işə başlamağa hazırdır.

“Lakin yalnız müəyyən texniki məsələlərlə bağlı müəyyən razılıq əldə edildikdən sonra başlana bilər. Ermənistan əvvəllər Moskvanın səsləndirdiyi təkliflərin qəbul edilməsi ilə bağlı Rusiya Federasiyasına yazılı bildiriş göndərib. Məzmun haqqında danışmaq hələ tezdir. Söhbət yalnız hazırlıq işlərinin başlamasından gedir” - deyə Ağacanyan izah edib.
Hakim partiyadan olan deputat Artur Ovanesyan isə deyib ki, Ermənistan çox gərgin proseslə üzləşir və hər bir fürsətin müzakirəsi vacibdir. 
Onun sözlərinə görə, demək olar ki, bütün danışıqlar gizli şəkildə aparılır. 
“Əslində, danışıqlar açıq deyil, demək olar ki, həmişə məxfi xarakter daşıyır”, - Ovanesyan bildirib.

Danışıqların gizli aparılmasının səbəbini açıqlayan Andranik Köçəryan qeyd edib ki, bu işdə məxfilik son dərəcə zəruridir, çünki bu, həm də sərhəddə qüvvələrin sıralanmasına aiddir.
“Bu, çox diqqətlə edilməlidir ki, yeni toqquşmalara səbəb ola biləcək yeni gərginlik ocaqları olmasın”, – Köçəryan  qeyd edib.

Oxşar xəbərlər
OTACI