Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə partlayış nəticəsində ağır xəsarət alan ana və oğlu Bakıya gətirilib

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 18-də Gəncə şəhərində evdə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri alan ana və oğlu Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.

Report-un Qərb Mərkəzinin məlumatına görə, 1977-ci il təvəllüdlü Sahibə Rasim qızı Verdiyeva və onun oğlu, 1998-ci il təvəllüdlü Əli Vahid oğlu Veridyev Gəncədəki xəstəxanaların birinə yerləşdirilmişdilər.

Onların vəziyyəti ağır olduğundan bu gün Bakı şəhərində yerləşən xəstəxanaların birinə gətiriliblər.

Qeyd edək ki, ötən gün axşam saatlarında şəhərin Əlişir Nəvai küçəsində yerləşən evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan qadın və oğlu ağır yanıq xəsarətləri alıb, fərdi evdə qismən dağıntılar olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI