Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstan “altılıq platforması”nda iştirakdan İMTİNA EDİR

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın xarici işlər naziri David Zalkaliani parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib ki, rəsmi Tbilisi Cənubi Qafqazda vəziyyətin Rusiya ilə birgə nizamlanması üzrə “altılıq platforması” təşəbbüsündə iştirak etməyəcək.

Press.az xəbər verir ki, o, artıq belə regional əməkdaşlıq mexanizminin yaradılmasının təşəbbüskarı olan Bakı və Ankaraya ölkəsinin mövqeyini açıqlayıb:

“Biz Rusiya ilə geosiyasi layihədə iştirak edə bilmərik. Qonşu ölkələrlə balanslaşdırılmış münasibətlər Gürcüstanın xarici siyasətinin prioritetidir. Tbilisi Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasında humanitar yüklərin maneəsiz daşınmasına şərait yaradıb. Bölgədə baş verən eskalasiyaya görə biz münaqişə ilə bağlı açıq şəkildə balanslaşdırılmış siyasət aparmışıq”.

Oxşar xəbərlər
OTACI