Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kondisioneri düzəltmək istədi, öldü-FOTO

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 19-da paytaxtın Sabunçu rayonu ərazisində Xasmət Xadıyevin təmir işləri görərkən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan Press.az-a verilən məlumatda bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, X.Xadıyev rayonun Bakıxanov qəsəbəsində yerləşən “Baku Elektronics” elektrik avadanlıqları dükanına məxsus binanın damında kondisioner mühərrikinin təmir işlərini görərkən qaz-kislorod balonunun partlaması nəticəsində hündürlükdən yerə yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər
OTACI