Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

Press.az xəbər verir ki, 8-ci turun “Qaradağ Lökbatan” – MOİK oyununda matç bitdikdən sonra qonaqların futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığından 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.

“Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib. 

“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə olunub.

“Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI