Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Forumda uşaqlarla bağlı problem və perspektivdə duran məsələlərdən DANIŞILDI

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Uşaqların fiziki, əqli və psixi sağlamlığı, onların hərtərəfli şəxsiyyət kimi böyüməsi xalqımızın və dövlətimizin gələcəyi üçün vacib məsələlərdəndir. Xoşbəxt gələcəyə zəmin yaratmaq üçün uşaqlara erkən yaşlardan ağıllı sərmayə qoyulmalı, onlar keyfiyyətli təhsil, səhiyyə, sosial və digər xidmətlərlə də təmin olunmalıdır. Qeyd olunan xidmətlərin təşkili aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və valideynlərin birgə səylərinin artırılmasını tələb edir. Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli günlərin dövlət səviyyəsində qeyd edilməsi onlara olan qayğı və diqqətin təzahürüdür. Bugünkü Forumun keçirilməsi uşaq hüquqlarının, keyfiyyətli və inklüziv təhsilə, sosial və səhiyyə xidmətlərinə diqqəti yönəltmək baxımından olduqca vacibdir.

Press.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışında "Regional İnkişaf” İctimai Birliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva söyləyib.

Onun sözlərinə görə, uşaqların firavan yaşayışının təmin edilməsi üçün onların hüquqlarının qorunması əsas şərtlərdən biridir. Məhz bu səbəbdən dövlətin uşaq siyasətində onların hüquqlarının müdafiəsinə xüsusi əhəmiyyət verilir. Ölkəmiz BMT-nin uşaq hüquqları konvensiyasına qoşulmaqla, eləcə də uşaq hüquqları ilə bağlı milli qanunvericilik bazasını təkmilləşdirməklə uşaq hüquqlarının qorunması məsələsində öz qəti mövqeyini nümayiş etdirir.

"Uşaqlara dövlət qayğısından danışarkən Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üzrə Strategiyasını xüsusi vurğulamaq lazımdır. Cəmiyyətin sosial, ictimai və mədəni inkişafı sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə daim dəstək olan Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi uşaqların sağlamlığı, onların sosial problemlərinin həlli, hamı üçün bərabər və keyfiyyətli təhsil imkanlarının artırılması, xüsusi qabiliyyətli uşaqların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi, valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud uşaqların dünya görüşlərinin, bilik və bacarıqlarının artırılması, cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsi, aztəminatlı və digər əsas kateqoriyalardan olan uşaqlara maddi və mənəvi dəstəyin göstərilməsi və digər istiqamətlərdə davamlı olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir”, - deyə Leyla Tağıyeva qeyd edib.

Oxşar xəbərlər
OTACI