Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan KİV: “Altı erməni hərbçi Azərbaycan əsgərləri tərəfindən saxlanılıb”

16 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribat nəticəsində altı erməni hərbçi Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılıb.

Ermənistan mətbuatı bu barədə Ermənistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Oxşar xəbərlər
OTACI