Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabı nəşr olundu

05 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabı nəşr olundu. Dövlət Tərcümə Mərkəzi 44 günlük Vətən müharibəsinin xronologiyasını əks etdirən nəfis tərtibatlı “Qarabağ Zəfəri – 44 günün pərdəarxası” kitabını nəşr edib.

Press.az xəbər verir ki, hadisələrin döyüş səhnələri ilə təsvir olunduğu kitab, münaqişənin yaranma səbəblərinin geosiyasi kontekstdə araşdırılması ilə yanaşı, Zəfərə aparan yolun gedişatını, qardaş Türkiyənin Azərbaycana böyük siyasi və mənəvi dəstəyini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə müzəffər Azərbaycan ordusunun müharibədə qazandığı tarixi Qələbənin detallarını xronoloji ardıcıllıqla əks etdirir.

 Kitabın müəllifi ­­­­­­­– tanınmış Türkiyə yazarı professor Aygün Attar, türk dilindən tərcümə müəllifləri – Nəriman Əbdülrəhmanlı, Kəmalə Ələkbərova, Rəbiqə Zeynalova, redaktoru – Etimad Başkeçid.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib. Nəşri yaxın günlərdə Bakının aşağıdakı mağazalarından əldə etmək olar.

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

 Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi

 Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi



 

Oxşar xəbərlər
OTACI