Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda aliment borcuna görə axtarışda olan şəxs tutuldu

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Bu barədə Manset.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakini Emil Qasımov tutulub. O, rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilmişdi.

Belə ki, saxlanılan şəxs iki övladına görə keçmiş həyat yoldaşına müəyyən müddətdir aliment ödəməkdən boyun qaçırır. Köməksiz qalan qadın isə polis əməkdaşlarına müraciət edib.

Dindirilmə zamanı müəyyən olunub ki, E.Qasımov tüfeyli həyat tərzi keçirir.

Daha sonra E.Qasımov Binəqədi Rayon İcra və Probasiya şöbəsinə təhvil verilib, eləcə də borclu olduğu alimentin bir hissəsi ödətdirilib.

Oxşar xəbərlər
OTACI