First slide

Azərbaycanda otellərdən ən çox bu ölkələrin vətəndaşları istifadə edib

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olub ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası,11,2 faizi Böyük Britaniya, 6,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İtaliya, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 3,1 faizi ABŞ, 2,2 faizi Qətər, 1,9 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Belarus, 1,4 faizi Niderland, 1,3 faizi İran, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Fransa, 1,0 faizi Norveç, 1,0 faizi Gürcüstan, 28,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1099,6 min olub.

Oxşar xəbərlər
OTACI
OTACI