Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədə-bağırsaq xəstəliklərinin əsas səbəblərindən biri də....

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son 10 ildə uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin sayı artıb.

Press.az xəbər verir ki, bunu qastroenteroloq endoskopist Günay Əsədova deyib.

O bildirib ki, bu xəstəliklərin başlıca səbəbi qidalanmadır: "Belə ki, şəhər və rayonlarda qidalanmada fərq var. Şəhər yerlərində uşaqlar daha çox fast-foodla qidalanırlar. Qənaətbəxş olmayan qida vərdişləri mədə-bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Kəndlərdə isə şəhərə nisbətən gigiyenik qaydalara az riayət edildiyindən xəstəlik geniş yayılır. Xəstəliyə rəvac verən amillərdən biri də GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) məhsullarıdır. Buna görə də yediyimiz qidalara xüsusi önəm verməliyik."

Oxşar xəbərlər
OTACI