Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib.

Bu barədə universitetin mətbuat katibi Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, qrupların hər birində 1 tələbə koronavirusa yoluxduğu üçün həmin qruplarda dərslər distant təhsil formasına keçirilib: "Sözügedən qruplar Müalicə-profilaktika fakültəsindədir. Bundan əvvəl də 5 qrup distant təhsilə keçmişdi. Ümumilikdə, universitetin 10 tələbəsi koronavirusa yoluxub".

Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi təhsil sentyabrın 29-dan bərpa edilib. Yaşı 18-dən yuxarı olan tələbələrdən COVİD pasportu tələb edilir.

Oxşar xəbərlər
OTACI