Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM-də qəbul imtahanları proqramlarının müzakirəsi aparılıb

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

Mərkəzdən Press.az-a verilən məlumata görə, gündəlik məsələ biologiya fənnindən IV, tarix fənnindən isə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi olub.

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar olarsa, proqramlarda nəzərə alınacaq.

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib. Müzakirə noyabrın 4-də davam etdiriləcək.

Oxşar xəbərlər
OTACI