Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Məclisin komitəsi diplomatların sığortalanması ilə bağlı layihəni təsdiqləyib

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

Press.az-ın xəbərinə görə, toplantının gündəliyinə bir məsələ daxil edilib.

Komitə iclasında "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna dəyişiklik layihəsini deputatların müzakirəsinə təqdim olunub.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları fərdi qəza nəticəsində həlak olarsa və ya sağlamlığına zərər dəyərsə ona sığorta məbləğindən 15 faiz sığorta ödənişi veriləcək. Ağır, az azğır və yüngül xəsarət növləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Dəyişiklik layihəsində həmçinin Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslərə sığorta ödənişinin verilməsi qaydası, icbari sığortaya cəlb olunacaq Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi və s məsələlər də öz əksini tapıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasa tövsiyə olunub.

Oxşar xəbərlər
OTACI