First slide

Pensiyaların orta aylıq məbləği artıb

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-ci ilin doqquz ayında pensiyaçıların sayı 1 205 346 nəfər olub.

Press.az xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” adlı hesabatında öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, onlardan 709,9 mini yaşa görə, 352,9 mini əlilliyə görə, 142,6 mini ailə başçısını itirməyə görə pensiya ilə təmin edilib.

2021-ci ilin doqquz ayı üzrə bütün növ pensiyalarda orta aylıq məbləğ 329 manat olub. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Yaşa görə orta aylıq pensiyalarda məbləğ isə 358 manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 8,8 faiz çoxdur.

Əlavə edək ki, Naxçıvan istisna olmaqla ölkə üzrə 52 min ailə ünvanlı sosial yardım ilə təmin edilib. Ailəyə düşən orta aylıq məbləğ 267 manat olub, bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Oxşar xəbərlər
OTACI
OTACI