Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ali məktəblərə qəbul imtahanında III ixtisas qrupunda dəyişiklik ediləcəyi gözlənilirdi.

Bunu Press.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

K.Əəsədov bildirib ki, bu dəyişiklik III ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi yox, eyni zamanda coğrafiya fənnindən imtahan verməyə imkan yaradacaq.

"Təbii ki, III qrupda dəyişiklik ediləcəyi gözlənilirdi. Çünki 2020-ci ildə Nazirlər Kabinetinin qərarı ilə "Beynəlxalq Münasibətlər" və "Regionşünaslıq" ixtisasları III qrupa keçirilmişdi. Amma bura coğrafiya fənninin əlavə edilməsi müzakirə predmeti idi. Bir şeyi qeyd edim ki, bu dəyişiklik III ixtisas qrupuna coğrafiya fənninin əlavə edilməsi yox, eyni zamanda coğrafiya fənnindən imtahan verməyə imkan yaradacaq. Bu da sadəcə adıçəkilən iki ixtisası seçənlər üçündür. Təbii ki, bu dəyişiklik III qrup üçün müsbət haldır. Çünki bu iki ixtisasın əlavə edilməsi plan yerlərinin sayını artıracaq. Hər il III qrupda böyük sayda abituriyent ali məktəblərə qəbul ola bilmirdi. Hətta yüksək balla kəsilənlər də olurdu. Amma mövcud dəyişiklik bu qrupda abituriyentlərin şansını artıracaq".

Ekspert bildirib ki, I qrupda isə vəziyyət bir az fərqlidir. Çünki bu fənn üzrə lazımi səviyyədə hazırlıq materialı yoxdur:

"Bu qrup üzrə imtahan verəcək abituriyentlər çətin fənn olduğu üçün VI-VII sinifdən kimya üzrə hazırlaşırdılar. Biz uzun illər kimya üzrə hazırlaşıb gələcəkdə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi, proqramlaşdırma, eyni zamanda digər logistika ixtisaslarına daxil olmaq istəyənlərin arzularının üzərindən xətt çəkə bilərik. Bu, təhlükəli ola bilər. Əslində bu ixtisaslara qəbul üçün informatika fənnindən əlavə imtahan verilməsinin təklif edilməsi doğru yanaşmadır. Amma bura qədər bir problem var. Hazırda ölkə üzrə ən ciddi müəllim çatışmazlığı informatika fənnindəndir. Baxmayaraq ki, bu fənn Azərbaycanda yeganə fənnlərdəndir ki, Azərbaycan dili, riyaziyyat, xarici dillə yanaşı I sinifdən XI sinfə qədər tədris olunur. Amma informatika fənni üzrə yetərli qədər test bazası yoxdur. Digər tərəfdən informatika praktiki fəndir. Birincisi mövcud dərsliklərimiz test tapşırığı hazırlamağa uyğun deyil, ikincisi informatika fənni qəbul imtahanında istifadə edilə biləcək qədər keyfiyyətli tədris edilmir. Hesab edirəm ki, bu dəyişikliyə yaxın 2 il ərzində getməməliyik".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil ediliblər.

2022/2023-cü tədris ilindən başlayaraq beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər.

Bundan başqa 2023/2024-cü tədris ilindən I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək.

Oxşar xəbərlər
OTACI