First slide

Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları fərdi qəza nəticəsində həlak olarsa və ya sağlamlığına zərər dəyərsə, onlara sığorta məbləğindən 15 faiz sığorta ödənişi veriləcək.

Press.az-ın məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən ediləcək.

Qanuna dəyişikliklər Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunması nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI
OTACI