Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİM sədri özəl kursları tənqid edib: “Verdikləri nəticələr qəbul imtahanında təsdiqlənmir”

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideynlərə müraciət edib.

Press.az-ın xəbərinə görə, DİM sədri deyib ki, valideynlər internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri əvvəldən qiymətləndirə bilərlər.

O bildirib ki, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər: “Bu nöqteyi-nəzərdən kağız daşıyıcısında olan imtahan daha əlverişlidir. Özəl kursların təşkil etdiyi sınaq imtahanlarının nəticələrinə biz cavabdeh deyilik. Çünki həmin imtahanların nəticələri real biliyi əks etdirmir. Biz açıq sualları imtahanlara təklif edirik, nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

Oxşar xəbərlər
OTACI