Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnformatika seçmə fənni 2023-2024-cü tədris ili üzrə qəbul imtahanlarına əlavə ediləcək.

Press.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, I qrupa İnformatika fənninin əlavə edilməsi prosesi III qrupa coğrafiya fənninin əlavə edilməsi ilə eyni olacaq:

"İnformatika yönümlü ixtisaslara qəbul olmaq istəyənlərin bu fənni seçmək imkanı olacaq. Hazırda bu istiqamətdə proqram hazırlanır. Gələn ilin əvvəllərində həmin proqram təqdim olunacaq. Biz ekspertləri və informatika müəllimlərini bu sahədə bizimlə əməkdaşlığa dəvət edirik".

Oxşar xəbərlər
OTACI