Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda dövlət rüsumları inflyasiya səviyyəsinə uyğunlaşdırılır

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.

Press.az xəbər verir ki, iclasın gündəliyinə “Dövlət rüsumu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlara, Su Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunlarda dəyişikliklərin edilməsi daxil edilib.

İclasda dövlət rüsumlarının inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi, dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi, sığorta münasibətlərinin dəqiqləşdirilməsi, su obyektlərinin xüsusi məqsədlər üçün istifadəyə verilməsi qaydaları, səlahiyyətli iqtisadi operator statusuna görə rüsumun müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcək.

Oxşar xəbərlər
OTACI