Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mövlud Çavuşoğlu: "Türkiyənin “F-35” və “F-16” qırıcıları ilə bağlı alternativləri var"

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyəyə “F-35” və “F-16” qırıcıları ilə bağlı məhdudiyyət qoyularsa, alternativlərimiz var”.

Press.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində jurnalistin “F-35” və “F-16” qırıcıları əldə etmək mümkün olmazsa, Rusiyadan döyüş təyyarələri alına bilərmi” sualına cavabında bildirib.

“Türkiyə heç bir zaman çarəsiz qalmayıb. Hazırda müdafiə sahəsində ehtiyacımızın 75 faizini istehsal edirik. Ehtiyac yarandıqda başqa bir ölkə ilə əməkdaşlıq edə bilərik. Alternativlərimiz var. Biz yolumuza davam edirik. Biz öz qırıcılarımızı istehsal edənədək ehtiyaclarımızı başqa mənbələrdən ala bilərik”, - o vurğulayıb.

Oxşar xəbərlər
OTACI