Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ Çinlə bağlı narahatlığını bildirdi

28 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“ABŞ Çinin hərbi modernləşdirilməsini narahatlıqla izləyir və bunu regional sabitliyə təhlükə kimi görür”.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin Çinin hipersəs silahlarının sınağını 1957-ci ildə SSRİ-də ilk süni Yer peykinin buraxılması ilə müqayisə edən bəyanatını şərh edib.

"Əlbəttə, general Millinin şərhlərini gördüm. Düşünürəm ki, Çinin hərbi modernləşdirmə səyləri ilə bağlı hamımızın yaşadığı narahatlığı çatdıra bildim. Onlar regionda gərginliyi artıran imkanlar üzərində işləməyə davam edirlər və biz bundan narahat olmağa davam edirik”, - deyə Psaki qeyd edib. 

Oxşar xəbərlər
OTACI