Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazax sakinlərində narkotik və silah aşkar edilib

27 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Şükür Məmmədovun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, məlumat ilə əlaqədar polis əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və Ş. Məmmədov şətri alıcıya narkotik vasitə satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 8 ədəd kibrit qutusunda olan marixuana aşkar edilərək götürülüb.

RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Ceyhun Yahyayev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan narkotik vasitə olan heroin, metamfetamin, marixuana, güclü təsiredici gücə malik psixotrop həblər, şpirslər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Keçirilən növbəti əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ələddin Əfəndiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı rayon ərazsində gizlətdiyini etiraf edib. Polis əməkdaşları əraziyə baxış zamanı oradan, 1 ədəd makarov tipli tapança, həmin tapançaya aid 3 ədəd sandıqca və 21 ədəd patron aşkar edərək götürüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI