First slide

Astarada qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib

26 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Astara rayonu ərazisində gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Press.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Bir daha diqqətə çatdırılıb ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

Oxşar xəbərlər
OTACI
OTACI