Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ 18 oktyabr tarixli bəyanatla əlaqəli problemlər yarandığı üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiq olduğun təsdiqləyir.

Press.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyinin “Twitter” hesabında bildirilib.

Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirlikləri tərəfindən də yuxarıdakı açıqlama paylaşılıb.

“Anadolu” agentliyi Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.

Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir.

Qeyd edək ki, Ərdoğan 10 ölkənin səfirinin ölkədən çıxarılması barədə tapşırıq vermişdi.

Oxşar xəbərlər
OTACI