Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə piyadanı vuran sürücü barəsində cinayət işi başlanıb

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 23-də Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Press.az-a bildirib ki, S.Rəhimov küçəsində şəhər sakini, 1982-ci təvəllüdlü Ramin Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada 1954 cü il təvəllüdlü İbrahim Bayramovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Faktla əlaqədar olaraq polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində sürücü Ramin Abbasov barəsində Cinayət Məcəlləsinin 263.2-ci( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI