Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azad edilən ərazilərə investorların cəlb olunması ilə bağlı yeni strategiya hazırlanır

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bizim 5 illik hədəfimiz azad edilmiş ərazilərdə iqtisadiyyatın inkişafına nail olmaqdır. İnvestorların cəlb olunması üçün isə həmin ərazilərimiz ilk növbədə iqtisadi cəhətdən cəlbedici olmalıdır”.

Press.az bildirir ki, Report-a bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan hökuməti tərəfindən yeni strategiya hazırlanır: “Milli Məclisdə qanunların təkmilləşdirilməsi, investorların stimullaşdırılması və bura gəlməsi üçün qanunvercilik bazasının hazırlanması istiqamətində çox ciddi işlər aparılır”.

Oxşar xəbərlər
OTACI