Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Amerikalı qadın 335 gündən sonra koronavirusdan sağalıb – Səbəbi AÇIQLANDI

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-da bir qadın koronavirusdan bir ilə yaxın əziyyət çəkib.

Press.az xəbər verir ki, ABŞ-da 47 yaşlı bir qadının 335 gün koronavirusla mübarizə apardığı bəlli olub. 2020-ci ilin yazında virusa yoluxan  və ABŞ Milli Sağlamlıq İnstitutunun xəstəxanasında müalicə alan şəxs evə buraxıldıqdan sonra belə oksigen balonundan istifadə etməyə məcbur qalıb.

COVID-19 infeksiyasının ilkin dövründə toplanan nümunələri araşdıran mütəxəssislər virus ştammının dəyişmədiyini müəyyən ediblər. Başqa sözlə, xəstə təxminən bir il ərzində eyni virusu bədənində saxlamağa davam edib.

Ehtimal olunur ki, xəstənin bundan əvvəl  limfoma müalicəsi alıb və bu da immun sisteminin zəiflədib. Beləliklə, koronavirus xəstənin orqanizmində bu qədər uzun müddət qala bilib.

Oxşar xəbərlər
OTACI