Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azarkeşlər "El-Klassiko"dan sonra Kumana hücum etdilər - Video

25 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Barselona"nın baş məşqçisi Ronald Kuman İspaniya La Liqasının 10-cu turunda ötən gün "Real"a uduzduqları oyundan (1:2) sonra azarkeşlərin hücumuna məruz qalıb.

Press.az xəbər verir ki, niderlandlı mütəxəsssis stadiondan çıxarkən azarkeşlər onun avtomobilinə hücum ediblər.

Komandanın çıxışlarından narazılığını bildirən fanatlar Kumanın avtomobilinin ətrafına toplaşıb və bir müddət onu hərəkət etməyə qoymayıblar. Onlar avtomobili vurmağa başlayıblar. Daha sonra Kuman oradan uzaqlaşa bilib.

Qeyd edək ki, "Barselona" 9 oyundan sonra 15 xalla 9-cu pillədə qərarlaşıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI