Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müdafiə Nazirliyi məlumat yaydı - Ehtiyatda olan hərbi vəzifəlilər TƏLİMƏ ÇAĞIRILIR

24 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

Bu barədə Press.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

Oxşar xəbərlər
OTACI